Haqqımızda / Karyera imkanları



Karyera


İstənilən təşkilatın uğurlu fəaliyyəti onun kadr potensialı ilə birbaşa bağlıdır. Təcrübə göstərir ki, biznesdə ən uğurlu yatırım məhz insan resurslarına edilən yatırımdır. Biz bilirik ki, bu yatırım, zaman keçdikcə bir neçə dəfə böyük miqyasda mənfəət şəklində geri dönəcəkdir. Bizim yürütdüyümüz kadr siyasəti çərçivəsində Bankda müvafiq vakansiyalar üzrə işçilərin seçilməsində ilk növbədə namizədlərin təcrübəsinə, bilik və bacarıqlarına üstünlük verilir. Şəffaflıq və peşəkarlar komandasının yaradılması bu sahədə əsas prinsiplər kimi rəhbər tutulur.


Bizim məqsədimiz hər bir şəxsə yüksək səviyyədə, peşəkarlıqla və hərtəfəfli Bank xidməti göstərmək, amalımız isə işinizin rahat getməsi üçün hərtərəfli şərait yaratmaqdır! Expressbank Sizi yalnız gəlir mənbəyi ilə deyil, eyni zamanda biliklərinizi təkmilləşdirmək üçün imkan və karyera inkişafi ilə təmin edir. Əgər savadınıza və şəxsi keyfiyyətlərinizə əminsinizsə, o zaman sahib olduğumuz stabil işçi komandamız Sizi öz sıralarına dəvət edir. Biz Sizə bir Bankdan daha çoxunu təklif edirik, biz Sizə bir AİLƏ təklif edirik!

 


Vakansiyalar


- İstehlak kreditləri üzrə mütəxəssis
- Biznes kredti üzrə mütəxəssis
- Kassir
- Təşkilati şöbənin mütəxəssisi
- Sumqayıt Şöbəsinə müdir


  Anket

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını
doldurub cv@expressbank.az ünvanına göndərməyinizi 
xahiş edirik. İnsan Resursları şöbəsinin
əməkdaşları qısa zaman ərzində Sizinlə əlaqə saxlayacaqlar.
Uğurlar diləyirik!