Haqqımızda / Risklərin İdarə edilməsi
“ Expressbank” ASC-də Risklərin İdarə Olunması Siyasəti Mərkəzi Bankın hüquqi normativ sənədləri, kredit təşkilatlarında risklərin idarə olunmasına dair Bazel Komitəsinin tövsiyyələrinə uyğun hazırlanmışdır.Siyasətin əsas məqsədi risklərin idarə edilməsi işinin təşkili, prinsipləri,məsul strukturların vəzifə və öhdəlikləri,risk stratejiyası və idarə edilməsi, monitorinqi, nəzarətin çərçivələrini müəyyən etməkdir.
Siyasət çərçivəsində müəyyən edilən və tənzimlənən riskin idarəı edilməsi bankın bütün məhsulları,xidmətləri və biznes prosesləri xidmətlərinin əhatə edir.
Bankda risklərin ölçülməsi və onlar üzrə hesabatların verilməsi aparılır.Risklərin idarə olunması menecment idarəetmə strukturunda müəyyənləşdirilmişdir.
Risk limitləri müəyyən edilmiş və müvafiq strukturlara paylanmışdır.Bankda risklərin idarə olunmasına görə bankdaxili qaydalar hazırlanmış,stress-test senari təhlil sistemi yaradılmış və mütamadi təhlil aparılır.
Bankda risk xəritəsi hazırlanmış və müvafiq komitə tərəfindən təsdiqlənmişdir.Mütamadi olaraq risklə bağlı əməliyyat və proseslər xəritəyə əsasən qiymətləndirilir.
Bankda fövqalada hallar baş verən zaman böhran planı hazırlanmış və müvafiq strukturlara göndərilmişdir.
Bankda Risk strukturları bankdaxili qayda,prosedurların daimə yeniləşməsi işlərini aparır və təkmilləşdirirlər.
Bankda Risk strukturlarına nəzarət bankın qərar verən və idarə strukturları tərəfindən nəzarət olunur və qiymətləndirilir.

