Biznes Bankçılıqda daha çox rahatlıq

13 yanvar 2026

Biznes Bankçılıq imkanlarını genişləndirməkdə davam edirik.

 

Belə ki, artıq Expressbank-ın Biznes Bankçılıq müştəriləri Biznes krediti,

İnvoys maliyyələşdirilməsiOverdraft sifarişi üçün filiala yaxınlaşmadan, internet bankçılıq platforması üzərindən müraciət edə bilərlər.

 

Qeyd edək ki, Expressbank biznes müştərilərinə illik 12%-dən başlayan faiz dərəcəsilə 60 ayadək müddətdə 5 000 000 AZN-dək biznes kreditləri təklif edir. Üstəlik 24 ayadək güzəşt müddəti tətbiq olunur. Yəni kreditin əsas məbləği üzrə ödənişə 24 ay sonra başlamaq mümkündür.

 

Həmçinin Bankın Biznes Bankçılıq xidmətlərinin Bank müştərilərinə hər zaman əlçatan olmasını təmin edən “Express Business” tətbiqi aktivdir.

 

Bankın Biznes Bankçılıq xidmətləri haqqında daha çox məlumat alaraq sizə lazım olan xidmət üçün müraciət edə bilərsiniz.

 

Qeyd edək ki, 2025-ci ildə "Fitch" beynəlxalq reytinq agentliyi "Expressbank" ASC-nin uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.

 

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

 

Expressbank - İşiniz rahat getsin!