
Daim müştərilərinin rahatlığını düşünən Expressbank biznes müştərilərinə daha çevik və müasir bankçılıq təcrübəsi təqdim etmək üçün yeni “Express Business” mobil tətbiqini istifadəyə verdiyini elan edir.
Bu tətbiq vasitəsilə sahibkarlar və şirkət nümayəndələri artıq ofisdən çıxmadan və ya hər hansı banka getmədən öz maliyyə əməliyyatlarını daha rahat və təhlükəsiz şəkildə idarə edə biləcəklər.
Yeni tətbiq nələri təklif edir?
“Express Business” tətbiqi vasitəsilə müştərilər aşağıdakı imkanlardan yararlana biləcəklər:
- Asan İmza və ya OTP (birdəfəlik
parol) ilə təhlükəsiz giriş - Birdən çox şirkəti olan müştərilər
üçün hesablar arasında sürətli keçid - Maliyyə vəziyyətinin istənilən an
izlənməsi - Bankdaxili, hesablararası və
ölkədaxili köçürmələrin icrası - Ödəniş və köçürmələrə tam nəzarət
- Sənədlərin mobil cihaz və ya veb
üzərindən imzalanması imkanı - Kart və hesab məlumatlarına baxış,
çıxarışların əldə edilməsi, kartların bloklanması və ya blokdan
çıxarılması funksiyaları
Bu yenilik biznes sahiblərinə vaxta qənaət, əməliyyatlara nəzarət və daha çevik icra imkanı verəcək. Tətbiq həm iOS, həm də Android platformalarında əlçatandır və istifadəsi tamamilə ödənişsizdir.
Yeni tətbiq Expressbankın rəqəmsal transformasiya strategiyasının tərkib hissəsi olaraq, müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.
Expressbank - İşiniz rahat getsin!