
Expressbank olaraq II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda iştirak etdik.
Əməkdaşlarımız 2025-ci il 13-16 may tarixləri ərzində keçirilən “Caspian Agro 2025” – 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi nəzdində baş tutan II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda tərəfdaş qismində iştirak edib.
Forumun 4-cü panelində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda Expressbankın Mikro kreditlər satışı şöbəsinin müdiri Yaşar Cabbarov çıxış edib. O, çıxışında Expressbankın aqro kredit satışları, bu sahədə sahibkarlara təqdim edilən maliyyə alətləri və kreditləşmə şərtləri barədə ətraflı məlumat verib. Yaşar Cabbarov qeyd edib ki, bankın məqsədi aqrar sektorda fəaliyyət göstərən mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırmaq, onların dayanıqlı inkişafına dəstək olmaqdır.
Qeyd edək ki, Expressbank ölkədə kənd təsərrüfatının inkişafına töhfə vermək, bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə ehtiyaclarını qarşılamaq və onları dayanıqlı biznes tərəfdaşlığı ilə dəstəkləmək məqsədilə bir sıra əlverişli bank məhsulları və xidmətləri təqdim edir.
Expressbank - İşiniz rahat getsin!