Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb

02 aprel 2026

Expressbank ASC 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətlərin nəticəsi olaraq Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunan “Bankçılıq mükafatları – 2025” layihəsi çərçivəsində mühüm uğurlar əldə etmişdir. Bank, fəaliyyətinin əsas istiqamətlərini təşkil edən sosial məsuliyyət, təhsilə dəstək, maliyyə savadlılığının təşviqi və ESG (ekoloji, sosial və idarəetmə) prinsipləri üzrə yüksək qiymətləndirilərək qalib elan olunmuşdur.

 

Belə ki, Expressbank “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı”, “Təhsil dəstəkçisi” və “Dayanıqlı bankçılıq” (ESG) nominasiyaları üzrə ümumilikdə 4 kateqoriyada fərqlənmişdir.

 

Qazanılan bu nailiyyətlər bankın yalnız maliyyə göstəriciləri ilə deyil, eyni zamanda cəmiyyətə, ətraf mühitə və sosial rifaha verdiyi töhfələrlə də seçildiyini nümayiş etdirir. Bununla yanaşı, Expressbank ictimai məsuliyyətin artırılması və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə sadiqliyini bir daha təsdiq etmişdir.

 

 

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.