Expressbank Ağdamda “Zəfər naminə” ağacəkmə aksiyası keçirib

07 noyabr 2025

Expressbank sosial məsuliyyət strategiyasına sadiq qalaraq “Təbiətə qayğı – Gələcəyə miras” layihəsi çərçivəsində həyata keçirdiyi ənənəvi ağacəkmə aksiyasını bu il “Zəfər naminə!” şüarı altında 44 Günlük Vətən Müharibəsindəki zəfərimizin 5-ci ildönümünə həsr edib. Zəfər Günü  münasibətilə keçirilən bu aksiya Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Expressbank əməkdaşları tərəfindən Ağdamın Sarıcalı kəndində təşkil edilib. Aksiya çərçivəsində əraziyə 200 ədəd Yapon əzgili, Xan çinarı və Eldar şamı kimi iqlim şəraitinə uyğun, uzunömürlü ağac növləri əkilib. Bu təşəbbüs azad edilmiş torpaqlarda ekoloji tarazlığın bərpasına və yaşıllıqların artırılmasına töhfə verməklə yanaşı, şəhidlərimizin xatirəsinə ehtiram rəmzi kimi həyata keçirilib.Layihə Expressbankın dayanıqlı bankçılıq prinsiplərinə əsaslanaraq cəmiyyətə, ətraf mühitə və gələcək nəsillərə dəyər qatmaq məqsədini daşıyır. Bank sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi ekoloji təşəbbüslərlə ölkənin yaşıl gələcəyinə töhfə verməyə, ətraf mühitin qorunmasına və dayanıqlı inkişaf məqsədlərinin reallaşmasına daim dəstək göstərir.

Qeyd edək ki, 2025-ci il ərzində Expressbank Böyük Zəfərin 5-ci ildönümünün əhəmiyyətini bir sıra silsilə tədbirlərlə vurğulayıb. Belə ki, Bank “YAŞAT” Xeyriyyə Marafonuna 50 000 AZN ianə ilə qoşularaq şəhid övladlarının təhsil imkanlarının genişlənməsinə və onların gələcəyinin formalaşmasına qayğısını ifadə edib.

Zəfər naminə!