Expressbank Bərdədə 300 ağac əkib

03 noyabr 2026

 


Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanlı kəndlərinin yolkənarı ərazilərində keçirilən aksiyada ümumilikdə 300 ədəd iqlim şəraitinə uyğun ağac əkilib. Təşəbbüsdə Expressbankın Baş ofis və Bərdə filialının əməkdaşlarından ibarət komanda fəal iştirak edib.

 


Ağacəkmə aksiyası ətraf mühitin qorunmasına, yaşıllıq sahələrinin artırılmasına və ekoloji məsuliyyət prinsiplərinin təşviqinə yönəlib.

 


Expressbank sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq təbiətin mühafizəsinə və daha yaşıl mühitin formalaşmasına xidmət edən təşəbbüslərini bundan sonra da davam etdirməyi planlaşdırdığını bildirib.


“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.