Expressbank 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Bildirək ki, Bankın aktivləri ötən ilin sonu ilə müqayisədə artım göstərib.
Həmçinin Bankın kredit portfelində də əhəmiyyətli dəyişiklik olub. Belə ki, dövr ərzində biznes kreditlərində 20%-dən çox, ümumilikdə Bankın kredit portfelində isə 10%-ə yaxın artım müşahidə olunub. Bununla da Bankın faiz gəlirlərində 21%-ə yaxın artım qeydə alınıb.
Qeyd edək ki, ötən dövr ərzində fiziki şəxslərin Expressbanka yerləşdirdiyi əmanətlərin həcmində də 29%-ə yaxın artım olub. Bu isə öz növbəsində Bankın depozit portfelinin, təxminən 19% artımına təkan verib.
Ümumilikdə isə bankın xalis faiz gəlirlərində ötən hesabat dövrü ilə müqayisədə 10%-dən çox artım olub. Bankın əməliyyat mənfəəti 19 milyon manatdan çox təşkil edir. Cari ildə Bank kreditlər üzrə 9 milyon manatdan çox məqsədli ehtiyat ayırmalarına xərc çəkmişdir ki, bu ehtiyatlar Bankın gələcək dayanıqlığının təmin edilməsi üçün artırılır.
Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Expressbank ASC-ni yenidən qiymətləndirərək Bankın uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
“Expressbank” - İşiniz rahat getsin!
