“Expressbank” ASC İnformasiya Təhlükəsizliyinin İdarə edilməsi Sistemi (İTİS) üzrə audit xidmətinin satın alınması məqsədilə tender elan edir.
Tender çərçivəsində Bankın informasiya təhlükəsizliyi üzrə mövcud vəziyyətinin qiymətləndirilməsi, Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi, informasiya təhlükəsizliyi üzrə nəzarət tədbirlərinin adekvatlığı və effektivliyinin qiymətləndirilməsi, mümkün uyğunsuzluq və risklərin müəyyən edilməsi nəzərdə tutulur. Eyni zamanda, müəyyən edilmiş boşluqların aradan qaldırılması və informasiya təhlükəsizliyi səviyyəsinin təkmilləşdirilməsi məqsədilə praktiki və risk əsaslı tövsiyələrin təqdim edilməsi gözlənilir.
Tenderdə iştirak edəcək auditor müstəqil və ixtisaslı kənar auditor olmalı, maliyyə bazarlarında informasiya təhlükəsizliyi auditlərinin keçirilməsi üzrə ən azı 3 il təcrübəyə malik olmalı və ən azı 3 bankda informasiya təhlükəsizliyi auditlərini uğurla həyata keçirmiş olmalıdır. Audit müvafiq tənzimləyici tələblərə və beynəlxalq səviyyədə tanınmış audit təcrübələrinə uyğun aparılmalıdır.
Təkliflərin qiymətləndirilməsi zamanı xidmətin qiyməti, keyfiyyəti və təchizatçının reputasiyası, həmçinin layihənin müəyyən edilmiş müddətdə icra olunması imkanları əsas meyarlar kimi nəzərə alınacaq.
Təkliflərin təqdim edilməsi üçün son tarix: 10 oktyabr 2026-cı il.
Tender və layihə ilə bağlı əlavə məlumat üçün əlaqələndirici şəxs:
Leyla Hacıyeva 055 214 08 05
E-poçt: satinalma@expressbank.az
