Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib

08 iyun 2026

Expressbank – sosial məsuliyyətinə sadiq maliyyə qurumu olaraq ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərlə çıxış etməyə davam edir.


Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyilə, “Təbiətə qayğı – Gələcəyə miras” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində keçirilən növbəti aksiya zamanı Bankın baş ofis və Mingəçevir filialının əməkdaşları Mingəçevir su anbarı hövzəsində yerləşən çimərlik ərazisində təmizlik işləri həyata keçiriblər.

 

Aksiya “Şəhərsalma və Memarlıq İli”nin məqsəd və prioritetlərinə uyğun olaraq, ölkənin strateji əhəmiyyətli şəhərlərindən biri olan Mingəçevirdə ekoloji tarazlığın qorunması və daha dayanıqlı, yaşayış üçün əlverişli mühitin formalaşdırılmasına dəstək məqsədi daşıyıb.

Expressbank dayanıqlı inkişaf prinsiplərini fəaliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi qiymətləndirərək bu sahədə ardıcıl sosial layihələr həyata keçirir. Xatırladaq ki, Bankın ötən ilki analoji təmizlik aksiyası Xəzər dənizi sahilində baş tutmuşdu.

 

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.