Expressbank olaraq regionlarda sahibkarlarla görüşməyə davam edirik

05 iyun 2025

Expressbank ölkədə sahibkarlığın inkişafına və regionlarda əhalinin maliyyə savadlılığının artırılmasına yönəlmiş təşəbbüslərdə fəal iştirakını davam etdirir.

 

Bank Quba və Qusar rayonlarında keçirilmiş iki mühüm tədbirdə iştirak edərək yerli sahibkar və fermerlərə öz məhsul və xidmətlərini təqdim edib, maliyyə dəstəyi imkanlarını paylaşaraq əməkdaşlığa açıq olduğunu bir daha nümayiş etdirib.

 

Qusar rayonunda Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) və Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş “Sahibkarlığın inkişafına dəstək” mövzusunda görüşdə Expressbank nümayəndəsi Ariz Həmzəyev iştirak edərək sahibkarların Bankın təqdim etdiyi güzəştli kredit məhsulları, dəstək mexanizmləri və biznesin maliyyələşdirilməsi ilə bağlı suallarını cavablandırıb. Görüş iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Quba rayonunda baş tutan Aqrar Biznes Festivalında da Expressbank fəal iştirak edib. Fermer və aqrar sahədə fəaliyyət göstərən sahibkarlar üçün təşkil olunmuş kredit yarmarkasında Bank kənd təsərrüfatı təyinatlı güzəştli kreditlər və aqrar biznesə maliyyə dəstəyi sahəsində təklif etdiyi məhsulları təqdim edib. Bankın stendinə yaxınlaşan iştirakçılara kredit alma prosedurları, texniki dəstək və məsləhət xidmətləri barədə ətraflı məlumat verilib. Həmçinin Xaçmaz filialının müdiri Elşad Kərimov festival nəzdində keçirilən forumda sahibkarların suallarını cavablandırıb.

 

Regionlarda keçirilən bu cür tədbirlər sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Qeyd edək ki, Expressbank ölkədə kənd təsərrüfatının inkişafına töhfə vermək, bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə ehtiyaclarını qarşılamaq və onları dayanıqlı biznes tərəfdaşlığı ilə dəstəkləmək məqsədilə bir sıra əlverişli bank məhsulları və xidmətləri təqdim edir.

 

Expressbank - İşiniz rahat getsin!