Expressbank sahibkarlar üçün “Maliyyə savadlılığı” təlimi keçirib

26 sentyabr 2025

Korporativ sosial məsuliyyətinə hər zaman ciddi yanaşan Expressbank əhalinin maliyyə savadlılığının artırılması istiqamətində növbəti tədbir həyata keçirib.

 

Belə ki, bankın Təlim-tədris Mərkəzində mikrosahibkarlara özəl “Maliyyə savadlığı” təlimi keçirilib. Bankın Mikrokreditlər şöbəsinin rəhbəri, təlimçi Yaşar Cabarovun təqdimatında baş tutan təlim çərçivəsində kiçik biznes sahiblərinə şəxsi və biznes büdcəsinin idarə olunması, maliyyə planlaşdırılması, gəlir və xərclərin effektiv bölgüsü, bank məhsullarından düzgün istifadə, həmçinin risklərin idarə olunması mövzularında faydalı məlumatlar təqdim edilib.

 

İnteraktiv şəkildə keçirilən təlimdə iştirakçılar suallarını ünvanlayaraq real biznes nümunələri əsasında müzakirələr aparıblar. Onlara maliyyə qərarlarının daha sağlam əsaslarla verilməsi üçün praktiki tövsiyələr verilib.

 

Expressbank olaraq gələcəkdə də sahibkarlarla yanaşı, əhalinin müxtəlif qruplarının maliyyə biliklərinin artırılmasına, onların biznes fəaliyyətində dayanıqlı inkişafının dəstəklənməsinə yönəlmiş maarifləndirmə tədbirlərini davam etdirməyi planlaşdırırıq.

 

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

 

“Expressbank” - İşiniz rahat getsin!