
24 iyul 2025-ci il tarixində saat 17:00-da “Expressbank” ASC-nin səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçiriləcəkdir.
Yığıncağın keçirilməsi Bankın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 (Dəmirçi Tauer Biznes Mərkəzinin 8-ci mərtəbəsi, otaq 8 A) ünvanında yerləşən inzibati ofisində, saat 17:00-da təyin edilmişdir.
Gündəliyə daxil edilmiş məsələ:
“Expressbank” ASC-nin 2024-cü maliyyə ilinin yekunları üzrə kənar audit tərəfindən təsdiqlənmiş hesabata baxılması.
Gündəliyə daxil edilmiş məsələyə aid materiallarla tanış olmaq üçün bankın yuxarıda qeyd edilən inzibati ofisinə müraciət edə bilərsiniz.