Filiallarımızın önündə onlara yer açdıq - Ümumdünya Heyvanları Müdafiə Günü

06 oktyabr 2025

Korporativ Sosial Məsuliyyət strategiyamıza sadiq qalaraq növbəti dəfə “Təbiətə qayğı – Gələcəyə miras” layihəmiz çərçivəsində uğurlu aksiyamızı həyata keçirdik.

 

Ümumdünya Heyvanları Müdafiə Günü münasibətilə Bakı və regionlarda yerləşən bir çox filiallarımızın önünə küçə heyvanları üçün yuvalar, yem və su qabları yerləşdirdik.

 

Bununla da, balaca dostlarımızın bir qismini soyumağa doğru gedən havalardan mühafizə etmək yolunda bir addım atdıq.

 

Expressbank - İşiniz rahat getsin!