Google Pay

Ödənişləriniz Google Pay ilə daha rahat!

 

 

“Google Pay”ə qoşulmaq üçün nə lazımdır?

 

  • Google Pay” funksiyasını aktiv etmək üçün "Face ID" və ya "Touch ID" dəstəkləyən "Android" cihazları.
  • "Expressbank"dan olan ödəniş kartları
  • İnternet bağlantısı.

 

 

 

 

 

 

 

 

 

 

“Google Pay” haqqında:

 

Google Pay” android əməliyyat sistemi tətbiq edilən cihazlarda olan təmassız mobil ödəniş funksiyasıdır. “Google Pay” vasitəsilə təmassız ödənişlərin qəbul olunduğu məntəqələrdə “Google Wallet” (rəqəmsal pulqabı) üzərindən ödənişlərinizi istənilən yerdə rahat və təhlükəsiz şəkildə “Expressbank” kartlarınız ilə etməyiniz mümkündür. Sadəcə kartınızı “Google Wallet”ə əlavə edib quraşdırmağınız yetərlidir.

 

“Google Pay”ə qoşulmaq necə olur?

Asan və təmassız ödənişlər üçün  “Android” və “OS” (smart elektron saat) əməliyyat sistemini dəstəkləyən cihazlarda “Google Wallet” tətbiqini yükləyirsiniz və daha sonra isə “Expressbank” kartlarınızı “Google Wallet”ə əlavə edərək 
qoşulursunuz. Bundan sonra isə aidiyyatı üzrə kart məlumatlarınızı daxil edir və qeyd edilən prosesləri ardıcıl şəkildə həyata keçirib “Google Pay”ə qoşulursunuz. Xüsusilə, qeyd etmək istərdik ki, “Google Pay”ə qoşulmaq üçün heç bir əlavə ödəniş və ya komissiya haqqı tələb olunmur.

 

 

 

 

 

 

“Google Pay” ilə ödəniş necə edilir?

 

  • İnternet bağlantısı.
  • Android mobil cihazınızda NFC funksiyasını aktiv edin;
  • Ödəməyə hazır olduğunuz zaman telefonunuzun kilidini açın;
  • Onu müvafiq olaraq terminallarda “GPay” işarəsi ilə qeyd olunan kart oxuyucusuna yaxınlaşdırın;
  • Ödəniş prosesini yekunlaşdırın.

 

 

❗ “Google Pay”ə daxil etdiyiniz kart məlumatlarınızın konfidensiallığı qorunur və digər şəxslərlə qətiyyən paylaşılmır.

ℹ️ “Google Pay” haqqında daha ətraflı məlumatı bu https://pay.google.com/about/ linkə keçid edərək əldə edə bilərsiniz.