Səhmdarlar və səhmlər

 

Səhmdarlar Səhmdarların payı
Seyidov Hafiz Mirzağa oğlu 19.9832%
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs 0.3794%
Azenco Group MMC 48.7833%
Enerqoservis MMC 30.8541%

 

Bankın Buraxdığı Səhmlər Haqqında Məlumat 

 

Dövlət qeydiyyat nömrəsi: AZ1007005403

Qeydiyyata almış orqan: QKDK

Səhmin növü və forması: Adi adlı səhm 

Nominal dəyəri: 368.69 AZN

Ümumi miqdarı: 305,256

Yerləşdirilmiş: 305,256

Yerləşdirilməmiş: 0

Geri satın alınmış: 0

 

Divident siyasəti 

 

SƏHMDAR AŞAĞIDAKI HÜQUQLARI MALİKDİRLƏR:

 

  • Cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq
  • Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək
  • Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək
  • Cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək
  • Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək
  • Cəmiyyətin xalis mənfəətindən dividend almaq
  • Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq
  • İcra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək
  • Cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək
  • Bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək
  • Bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq