Bank qarantiyaları

Bank qarantiyaları – prinsipalın (bankın müştərisi) tapşırığı əsasında buraxılmış Bankın öhdəliyidir.

-

Ümumi məlumat


Bank zəmanəti –alıcı öhdəliklərinə uyğun qaydada digər tərəfə (satıcıya) ödənişi həyata keçirmədikdə, Bankın (zaminin) digər tərəf qarşısında, onun yazılı tələbinin və ya zəmanət (qarantiya) məktubunda göstərilən digər sənədlərin təqdim olunması müqabilində ödənişi həyata keçirəcəyi barədə yazılı təminatıdır.

 

Expressbank-da təklif edilən Zəmanət növləri:

Ödəmə qarantiyaları

Avans qarantiyaları

İcra qarantiyaları

Tender qarantiyaları

Gömrük qarantiyaları *

 

Bu xidmətin alıcı üçün üstünlükləri:
Alınmış malların / göstərilmiş xidmətlərin ödənişi üzrə möhlət müddətini almaq imkanı
Bank tərəfindən təqdim olunan qarantiyalar əsasında tərəfdaş şirkətlər ilə münasibətlərin qarşısında maliyyə nüfuzunun təmini

 

Bu xidmətin satıcı üçün üstünlükləri:
Malların/xidmətlərin açıq hesabla təqdim edilməsindən irəli gələn ödənişin aparılmaması riskinin azalır

Yüksək etibarlılıqla daha tez satış imkanı

 

 

 

* Gömrük qarantiyaları – idxal və ixrac əməliyyatlarını həyata keçirən müştərinin gömrük orqanları qarşısında rüsum və ödənişlərin vaxtında icrasını təmin edən maliyyə öhdəliyidir.

 

Üstünlükləri:

 

  • Azərbaycan Respublikasının gömrük sərhəddini keçən malların gömrük rəsmləşdirməsi prosesinin sürətləndirilməsi;
  • Gömrük ödənişlərinin icrası üzrə möhlət imkanının yaradılması və nəticədə vəsait dövriyyədən çıxarılmadan maliyyə axınının optimallaşdırılması;
  • Gömrük orqanlarının hesablarında vəsaitlərin uzunmüddətli bloklanmasının qarşısının alınması;
  • Kredit ilə müqayisədə daha aşağı xərclərin olması. 

 

 

Tariflər