Daşınar əmlakın girov altındadırsa, bunu necə bilmək olar?

27 August 2026

 


🏷️ Daşınar əmlakın yüklülüyü nədir?



Banklar daşınar əmlakı öhdəliklərin təminatı kimi iki qaydada dövlət reyestrində yüklü edir:



Xüsusi reyestri olanlar: İxtisaslaşmış dövlət qurumlarında rəsmiləşdirilir.



🔸Avtomobillər — Dövlət Yol Polisində
🔸Xüsusi texnika (traktor, kombayn və s.) — Kənd Təsərrüfatı Nazirliyində
🔸İstiqrazlar — Milli Depozit Mərkəzində



Ayrıca reyestri olmayanlar: Qızıl, hesabdakı vəsait, avadanlıq, mal qalığı və s. Mərkəzi Bankın Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində (DƏYRD) elektron portal vasitəsilə qeydə alınır.


🏷️ Dövlət Reyestrinin məqsədi və əhəmiyyəti nədən ibarətdir?


🔸Maliyyəyə əlçatanlıq: KOS subyektlərinin xüsusi reyestri olmayan daşınar əmlakları girov qoyaraq kredit götürməsini asanlaşdırır.
🔸Şəffaflıq və yoxlama: Əmlakın öncədən başqa öhdəlik üzrə yüklü olub-olmadığını dəqiq müəyyən etməyə imkan verir.
🔸Risklərin idarə olunması: Borcalan iflas etdikdə, girovlu əmlakın operativ satılaraq borcun ödənilməsinə şərait yaradır.


🏷️ Reyestr sistemindən kimlər və necə istifadə edə bilər?


🔸Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) tərəfindən lisenziya verilmiş maliyyə təşkilatları (banklar və BOKT-lar).
🔸Mərkəzi Bank tərəfindən həmin təşkilatlar üçün xüsusi olaraq ayrılmış rəsmi istifadəçi hesabları (profil/login) vasitəsilə.


🏷️ Yüklülük bildirişi nədir və hansı məlumatları ehtiva edir?


🔸️DƏYDR portalına daxil edilən hər bir daşınar əmlak üçün unikal nömrəli xüsusi yüklülük bildirişi formalaşır.
🔸️Bu bildirişdə tərəflərin rekvizitləri, girov predmetinin təsviri, eləcə də öhdəlik müqaviləsinin həcmi və müddəti kimi vacib məlumatlar əks olunur.