Expressbank olaraq ABA-nın ağacəkmə aksiyasında iştirak etdik

29 April 2025

 

Dayanıqlı inkişaf və sosial rifah naminə ardıcıl təşəbbüslərlə çıxış edən Expressbank olaraq növbəti kütləvi ağacəkmə aksiyasında iştirak etdik.

Aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u çərçivəsində baş tutub və onlarla maliyyə institutunun əməkdaşlarını ortaq hədəf üçün bir araya toplayıb.

 

Aksiyada Expressbankın müxtəlif strukturlarından olan rəhbər nümayəndələrinin iştirakı ilə xxx ədəd ağac əkilib.

 

Qeyd edək ki, Expressbank mütəmadi olaraq Azərbaycan Banklar Assosiasiyasının təşkil etdiyi ağacəkmə aksiyalarında iştirak etməklə yanaşı, korporativ sosial məsuliyyət çərçivəsində, fərdi şəkildə - Expressbank əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyaları həyata keçirir.

 

Ekoloji balansın qorunmasına və dayanıqlı bankçılığa töhfə vermək Bankın strateji hədəflərindən biridir.

 

Expressbank – İşiniz rahat getsin!