Expressbankın rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib.

21 January 2026

Expressbankın rəhbər heyəti Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını ziyarət edib.

Bankın Müşahidə Şurası və İdarə heyəti üzvlərinin də iştirakı ilə baş tutan ziyarət zamanı tarixə iz qoyan qəhrəman Şəhidlərimizin ruhları hörmətlə anılıb. Şəhid məzarlarının üzərinə qərənfillər düzülüb və Bank adından Əbədi Məşəl abidəsinin qarşısına əklil yerləşdirilib.

Vətənimizin azadlığı, bütövlüyü və suverenliyi uğrunda şücaət göstərən bütün Şəhidlərimizin əziz xatirəsini hər zaman ehtiramla yad edir və onların müqəddəs ruhları qarşısında baş əyirik.